Yuxarı

Misir yığması ilə ABŞ polisləri arasında gərginlik - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir yığması ilə ABŞ polisləri arasında gərginlik - Video

Misir milli komandasının ABŞ-ın Dallas şəhərində yerləşdiyi oteldə komanda meneceri İbrahim Hassanın polis tərəfindən əngəllənməsi nəticəsində toqquşma yaşanıb. Hadisə Trezeqenin bir uşaq azarkeşlə şəkil çəkdirdiyi vaxt baş verdi.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, yığmanın qaldığı ooteldə azyaşlı tərəfdarın misirli oyunçu Trezeqe ilə şəkil çəkdirmək istəməsi qəfil gərginliyə səbəb olub.

Komandanın baş məşqçisi Hossam Hassanın qardaşı, eyni zamanda, millinin meneceri olan İbrahim Hassan Trezeqe və uşağın olduğu yerə yaxınlaşmaq istəyərkən ABŞ polisi tərəfindən kobud müdaxilə ilə dayandırılıb.

Yaranmış vəziyyətə sərt reaksiya verən Hassan və Misir nümayəndə heyətinin üzvləri ilə polislər arasında fiziki münaqişə yaranıb. Sosial şəbəkələrdə yayılan kadrlarda polis əməkdaşlarından birinin əlini kəmərinə ataraq qandal çıxardığı müşahidə edilib.

Hassanın yaşananlardan sonra verdiyi açıqlamada uşağın atasına Misir Milli Komandasının inzibati heyəti ilə əlaqə saxlamağa çağırış etdiyi və onları Avstraliya-Misir matçına dəvət edəcəyini dediyi bildirilir.

Tarix
2026.07.03 / 16:18
Müəllif
Axar.az
Digər xəbərlər

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla