Yuxarı

Bakıda “Neftçi”yə 2 qol vuran Vardanyandan açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda “Neftçi”yə 2 qol vuran Vardanyandan açıqlama

Xəbər verdiyimiz kimi, “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda Belarusun “Dinamo” (Minsk) klubuna 2:4 hesabı ilə uduzub.

Axar.az xəbər verir ki, görüşdə “ağ-qaralar”ın qapısına iki qol (36 və 57-ci dəqiqələrdə) vuran və bir məhsuldar ötürmə müəllifi olan erməniəsilli futbolçu Karen Vardanyan matçdan sonra Teleqraf-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Bakıdakı ilk oyunda 0:2 hesabı ilə geriyə düşsəniz də, geridönüş edib qalib gələ bildiniz. Belə bir başlanğıcı gözləyirdiniz?

– Əlbəttə ki, yox. Oyuna istədiyimiz kimi başlaya bilmədik. Amma özümüzdə güc tapıb matçın gedişatını dəyişə bildik və hər şey yaxşı alındı.

– Bu oyunu avrokuboklardakı ən yaxşı matçınız hesab etmək olar?

– Bəli, demək olar belədir. İki qol vurub bir məhsuldar ötürmə edə bildim. Bakı bu baxımdan yaddaşımda qalacaq. Bu, Konfrans Liqasında çox vacib oyun idi. Rəqibin kim olması və oyunun harada keçirilməsi mənim üçün o qədər də əhəmiyyət daşımır. Önəmli olan komandamın qalib gəlib növbəti mərhələyə keçməyidir.

– Komandalar bu matçda bir-birinin oyun stili ilə tanış oldu, cavab oyunundan gözləntiləriniz nədir?

– Ümid edirəm ki, cavab oyunu da "Dinamo"nun qalibiyyəti ilə yekunlaşacaq. Het-trik edib-edə bilməyəcəyimdən əmin deyiləm, amma qol vurmağa çalışacağam.

– Cavab qarşılaşması neytral meydanda keçiriləcək. Oyuna necə hazırlaşacaqsınız?

– Bu, hələ tərəflərin ilk oyunu idi. Nə baş verəcəyini əvvəlcədən heç kim deyə bilməz. Biz əlimizdən gələni edəcəyik, sona qədər mübarizə aparacağıq və növbəti mərhələyə yüksələcəyimizə ümid edirik.

– “Neftçi” haqqında nə düşünürsünüz, cavab oyununda geridönüş edə bilərmi?

– "Neftçi" yaxşı komandadır. Heyətində çox yaxşı futbolçular var. Heç bir halda arxayınlaşmaq olmaz. Var gücümüzlə mübarizə aparacağıq, çünki hələ mərhələni keçməmişik.

Tarix
2026.07.23 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla