Yuxarı

Cəmaləddin ermənini məğlub etdi - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəmaləddin ermənini məğlub etdi - Video

08:37

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə Avropa çempionatının dördüncü yarış günündə Azərbaycan güləşçiləri 1 gümüş, 1 bürünc medal qazanıblar.

APA-nın məlumatına görə, hər iki medala sərbəst güləşçilər sahib olublar. 125 kq çəkidə mübarizə aparan Cəmaləddin Məhəmmədov ardıcıl olaraq Belçika, Ermənistan və Slovakiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra finala yüksəlib. Lakin həlledici qarşılaşmada o, türkiyəli rəqibi Taha Akgülə uduzaraq, 2-ci yeri tutub.

70 kq çəkidə Ruslan Dibirhacıyev isə ilk görüşündə italiyalıya uduzsa da, rəqibinin finala yüksəlməsi ilə təsəlliverici görüşə vəsiqə qazanıb. Bu mərhələdə o, moldovalı pəhləvanı üstələdikdən sonra bürünc medal uğrunda mübarizə aparıb. Rumıniya təmsilçisinə də qalib gələn Dibirhacıyev çempionatı 3-cü pillədə başa vurub. Bu nəticə ilə Azərbaycanın sərbəst güləş yığması komanda hesabında 57 xalla Avropa ikincisi olub. Rusiya 62 xalla birinci, Türkiyə isə 53 xalla üçüncü yeri tutub.

Qadın güləşçilər Nataliya Sinişin (58 kq) və Elis Manolova (69 kq) bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər. Bununla belə, bu növ üzrə Azərbaycan yığması 1 qızıl, 2 bürünc medalla ümumi komanda hesabında Rusiyadan sonra ikinci olub.

Qeyd edək ki, ilk üç yarış günündə Azərbaycan güləşçiləri 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

Tarix
2017.05.06 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla