Bu gecə futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi
dünya çempionatına start verilir.
Axar.az xəbər verir ki, turnirin açılış mərasimi saat 00:00-da
olacaq. Mundialın açılış oyununda isə ev sahibi Braziliya ilə
Xorvatiya qarşılaşacaq və görüş Axar.az-da canlı yayımlanacaq.
Görüş Bakı vaxtı ilə saat 1:00-də başlayacaq.
Braziliya yığması qrupun 2-ci favoriti Xorvatiyanı üstələməyə
çalışacaq. Xorvatiya millisi isə rəqibindən ən azı 1 xal qoparmağa
cəhd edəcək. Hər iki komandanın heyətində zədəli oyunçuların
olmaması oyuna xüsusi maraq qatır.
Millimizin baş məşqçisi Berti Foqts da bu görüşü izləyənlər
arasında olacaq. ABŞ millisinin Baş məşqçisi Yurgen Klinsmannın
məsləhətçisi kimi iştirak edən Foqts Xorvatiya komandasına xüsusi
diqqət ayıracaq. Belə ki, xorvatlar növbəti Avropa çempionatının
seçmə mərhələsində yığmamızla eyni qrupda yarışacaq.
Bu qrupun digər görüşü sabah saat 21:00-da keçiriləcək. Meksika
ilə Kamerun qrupdan çıxmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, Axar.az 1 ay ərzində hər gün mundialın bir mərkəzi
qarşılaşmasını canlı olaraq təqdim edəcək.
"Topaz" futbol proqramında 303 kodu ilə göstərilmiş oyuna
verilən əmsallar aşağıdakı kimidir: Braziliyanın qələbəsi 1,20,
heç-heçə 4,80, Xorvatiyanın qələbəsi 9,00.
A qrupu
01:00 Braziliya – Xorvatiya
Hakim: Yuiti Nishimura (Yaponiya)
San-Paulu. "Arena Korintians"
21:00 Meksika – Kamerun
Hakim: Vilmar Roldan (Kolumbiya)
Natal. "Arena das Dunas"
Ölkənin qanuni mərc oyunları operatoru "Topaz"ın qarşılaşma ilə
bağlı təqdim etdiyi əmsalları fotoyla təqdim edirik: