Yuxarı

Bosniya dünyaya sülh mesajı verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya barışığını təmsil edən "Tour de Frans" tərəfindən Bosniya və Hersoqovinada ənənəvi velosiped yarışına start verilib.

Axar.az xəbər verir ki, 1-ci Dünya müharibəsinin 100-cü ildönümü münasibətilə Beynəlxalq Velosiped Birliyinin təşkilatçılığı və "Tour de Frans"ın dəstəyilə təşkil olunan "2014 Balkan Velosiped Çempionatı"na iyirmi ölkədən yüz qırx idmançı qatılıb.

Türk Hava Yollarının rəsmi nəqliyyat sponsorluğu ilə turun başlanğıcını Bosniya və Hersoqovina prezidenti Bakir İzətbeqoviç və Fransa Velosiped federasiyasının prezidenti Xristian Proudhom elan edib. Şərqi Sarayevodan başlayan yarış Voqoşça, İliyaş, Visokoye, Kiselyak, İlica, Haciçi, Tırnova qəsəbələrindən keçərək Sarayevonun mərkəzindəki Bosniya və Hersoqovina meydanında sona çatıb. Birinciliyi avstriyalı velosipedçi Matej Marin, ikinci yeri italiyalı Dele Stele, üçüncü yeri isə yenə İtaliyadan Andreya Vaçar qazanıb.

Qeyd edək ki, Bosniya və Hersoqovina Velosiped federasiyasının prezidenti Zlatko Berbic "bu cür yarışları təşkil etməkdə yeganə məqsədimiz bütün dünyaya sülh mesajı verməkdir", - deyə bildirib.

Tarix
2014.06.24 / 01:13
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla