Yuxarı

2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
2017-ci ildə daha bir yarış Azərbaycanda keçiriləcək

Azərbaycan 2017-ci ildə daha bir beynəlxalq idman yarışına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalayıb.

Gənclər və İdman Nazirliyindən Axar.az-a verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) ilə müqavilə imzalanıb.

IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə mayda – Ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da "Bakı-2015" ilk Avropa Oyunlarının proqramı ilə qismən də olsa üst-üstə düşəcək. IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika və zorxana kimi idman növləri üzrə yarışlar keçiriləcək. İdmançıların isə "Bakı-2015" üçün nəzərdə tutulan Atletlər Kəndində yerləşdirilməsi nəzərdə tutulub.

Bu məqsədlə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov və İHİF-in prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al Saud müqaviləni imzalayıblar.

Qeyd edək ki, hazırda ölkəmiz Bakı-2015 ilk Avropa Oyunlarının keçirilməsinə hazırlaşır. Həmçinin cari ildə ölkəmizdə şahmat üzrə dünya kuboku, gələn il şahmat üzrə Olimpiada, "Formula-1" üzrə Avropa Qran-pri yarışları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq.

Tarix
2015.04.08 / 13:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla