Yuxarı

İngiltərə kubokunun sahibi bəlli oldu: Bakı finalçıları...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərə kubokunun sahibi bəlli oldu: Bakı finalçıları...

İyulun 1-də futbol üzrə İngiltərə kuboku (FA) uğrunda yarışın final görüşü oynanılıb.

Axar.az xəbər verir ki, “Uembli” stadionunda Londonun iki təmsilçisi - “Arsenal” və “Çelsi” komandaları üz-üzə gəliblər.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə “Arsenal” klubu 2:1 hesabı ilə qalib gəlib.

Oyunda hesabı “Çelsi” komandası erkən qolla açıb. Matçın 5-ci dəqiqəsində Kristian Pulişiçin zərbəsi dəqiq olub - 0:1. Görüşün 28-ci dəqiqəsində Kiyeran Tierneyin ötürməsində sonra Pyer Emerik-Obameyanq qapıçı ilə üzə-üzə qalıb. Lakin “Çelsi”nin müdafiəçisi və kapitanı Sezar Azpiliketa cərimə meydançasında rəqibinə qarşı kobud oynayıb. Matçın baş hakimi videonəzarət sisteminə (VAR) baxdıqdan sonra “Çelsi”nin qapısına 11 metirlik cərimə zərbəsi təyin edib. Zərərçəkən zərbəni dəqiq yerinə yetirib - 1:1. Qarşılaşmanın 68-ci dəqiqəsində “Arsenal” klubu qələbə topunu vurub. Nikolas Pepenin ötürməsindən sonra Obameyanq fərdi ustalığı sayəsində topu qapıçının başı üzərindən qapıya göndərib. Beləliklə, qabonlu hücumçu dublunu rəsimləşdirərək oyunda son nöqtəni qoyub – 2:1.

Oyunun 73-cü dəqiqəsində “Çelsi” klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç ikinci dəfə sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb.

Beləliklə, 2:1 hesabı ilə qalib gələn “Arsenal” tarixində 14-cü dəfə İngiltərə Liqa kubokunu başı üzərinə qaldırıb. Komanda bu göstərici üzrə öz rekordunu yeniləyib.

Xatırladaq ki, “Arsenal” yarımfinalda “Mançester Siti”ni (2:0), “Çelsi” isə “Mançester Yunayted”i (3:1) məğlub edib.

Tarix
2020.08.02 / 01:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Efiopiya baş nazirini təbrik etdi

Azərbaycan xalqının milli azadlıq iradəsi... – Qafarov

Nikol yenidən seçilmək üçün tam dəstəyimə malikdir

Rubio Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla