Yuxarı

"Fənərbaxça"dan növbəti qələbə: Liderə çatdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 18-də futbol üzrə Türkiyə çempionatının XIX turu çərçivəsində keçirilən qarşılaşmada "Fənərbaxça" doğma meydanda paytaxt təmsilçisi "Ankaragücü" qəbul edib.

Axar.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu rəqibini 3:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin qollarını 28-ci dəqiqədə Mame Baba Tiam, 34-cü dəqiqədə Mbvana Samatta, 67-ci dəqiqədə isə Enner Valensia vurub. "Ankaragücü"n heyətində isə Emre Güral fərqlənib.

Günün digər matçında isə "Ərzurumspor" səfərdə "Kasımpaşa"nı 2:1 hesabı ilə üstələyib.

Hazırda Türkiyə Superliqasına 38 xalla "Beşiktaş" başçılıq edir. Onunla eyni xala malik olan "Fənərbaxça" 38 xalla ikinci, "Qaziantep" isə 34 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XV turda "Alanyaspor" istirahət edib.

Tarix
2021.01.19 / 01:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

Prezident tapşırığı: Müşavirə keçirildi

Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir

Rusiyadan Bakıya çağırış

Azay Quliyev ATƏT PA-nın komitə sədri seçildi

Prezidentlər mühüm iclasda iştirak edir

ABŞ-ın Azərbaycan və Ermənistana planı...

Prezidentlərin təkbətək görüşü keçirildi

Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla