Yuxarı

“Bavariya” və “Borussiya” ÇL-ə qayıdır?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bavariya” və “Borussiya” ÇL-ə qayıdır?

UEFA Almaniyanın “Bavariya”, “Borussiya” (Dortmund) və Portuqaliyanın “Portu” komandalarını Çempionlar Liqasının carı mövsümünə qaytara bilər.

Axar.az Report-a istinadən xəbər verir ki, UEFA-nın İcraçı Komitəsinin bununla bağlı iclası aprelin 23-də baş tutacaq. İclasda Super Liqaya qoşulmuş klubların Çempionlar Liqasının yarımfinalından çıxarılması müzakirə ediləcək. Bu baş verərsə, iki variant tətbiq edilə bilər: ya PSJ titulu mübarizəsiz alacaq, ya da 1/4 finalda turniri tərk edən “Bavariya”, “Borussiya” və “Portu” yarımfinal mərhələsinə qayıdacaqlar. Birinci variantın reallaşması ehtimalı daha azdır, çünki yarımfinallar və final baş tutmasa, UEFA böyük maliyyə itkisi ilə üzləşəcək.

Daha əvvəl Danimarka Futbol İttifaqının və UEFA Rəyasət Heyətinin üzvü Yesper Meller bildirib ki, Super Liqaya qoşulan İspaniyanın “Real Madrid”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları Çempionlar Liqasında iştirakdan məhrum edilə bilər.

“Mançester Siti”, “Çelsi” və “Real Madrid” müvafiq olaraq “Borussiya”nı, “Portu”nu və “Liverpul”u mübarizədən kənarlaşdıraraq, yarımfinal mərhələsinə yüksəliblər. Onlarla birlikdə yarımfinala çıxan PSJ isə Super Liqaya qoşulmayıb.

Tarix
2021.04.20 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

ABŞ beynəlxalq hüququ məhv etdi: Hamı başlayacaq...

BMT-nin Azərbaycandakı müvəqqəti rezidenti bu şəxs olacaq

İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!

Azərbaycanın sayəsində 100 milyon dollar qənaət edəcəyik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla