
Ağdamın Kəngərli kəndinə daha 37 ailə yola salındı
09:06
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yarış qrupları yarışında Azərbaycan milli komandası ilk medalını qazanıb.
Axar.az xəbər verir ki, 12 - 14 yaşlıların mübarizəsində Məryəm Topçubaşova bürünc medala sahib olub. O, hakimlərdən 19,000 bal alıb. İlk 2 yeri isə Rusiya təmsilçiləri Yelizaveta Rudneva (19,800 bal) və Leysan Kuperşmit (19,700 bal) tutub.
Qeyd edək ki, bu gün 12 - 14 yaşlıların mübarizəsində Azərbaycan daha 2 finalda təmsil olunacaq. Sara Əlixanlı, Sənəm Kazımova və Aliyə İsmayılova, "3-lük"lərin, Fidan İbrahimova, Evelina Kozlovskaya, Leyla Əhmədova, Məryəm Topçubaşova və Aylin Əliyeva qrupların yarışlarına qatılacaq.
Tarix
2021.05.23 / 14:32
|
Müəllif
Axar.az
|