Yuxarı

Mübariz Qurbanlıdan çempiona dəyərli hədiyyə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mübariz Qurbanlıdan çempiona dəyərli hədiyyə

Dünya çempionu İlham Zəkiyevə brayl əlifbası ilə çap edilmiş "Qurani-Kərim" təqdim edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, komitə sədri Mübariz Qurbanlı Azərbaycanın paralimpiyaçı cüdoçusu, ikiqat Paralimpiya, beşqat Avropa və dünya çempionu, I Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyevlə görüşüb.

Mübariz Qurbanlı qeyd edib ki, İlham Zəkiyevin həm döyüşçü, həm də idmançı kimi keçdiyi şərəfli yol hər bir gənc üçün nümunə və qürur mənbəyidir.

Dövlət Komitəsinin sədri İlham Zəkiyevə möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişinə əsasən dini kitabların çapı üçün ayrılmış vəsait hesabına Azərbaycanda ilk dəfə gözdən əlil insanlar üçün brayl əlifbası ilə nəşr edilən "Qurani-Kərim" hədiyyə edib. İdmançıya 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarında uğurlar arzulayıb.

İlham Zəkiyev diqqətə və hədiyyəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, brayl əlifbası ilə nəşr olunmuş "Qurani-Kərim" onun aldığı ən qiymətli hədiyyələrdən biridir.

Tarix
2015.08.19 / 16:02
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla