Yuxarı

"Qarabağ"a qarşı başqa planlarımız var - Dermenciyev

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"a qarşı başqa planlarımız var - Dermenciyev

“Qarabağ” güclü komandadır.

Axar.az xəbər verir ki, bu sözləri Bolqarıstanın “Ludaqorets” komandasının baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun öz işinin peşəkarı olduğunu vurğulayıb: “Uzun illərdir komandada işləməsi buna sübutdur. Lakin biz də rəqibdən çəkinmirik. Əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə başqa planlarla meydana çıxacağıq. Hava şəraiti isti olsa da, sabah hər kəsi çox maraqlı oyun gözləyir”.

Mütəxəssis “Qarabağ” və “Ludaqorets”in oxşar komandalar olduğunu söyləyib: “Bolqarıstanda “Ludaqorets”, Azərbaycanda isə “Qarabağ” öz liqalarının hegemonudurlar”.

Qeyd edək ki, avqustun 6-da keçiriləcək “Qarabağ” – “Ludoqorets” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 13-də olacaq.

Tarix
2024.08.05 / 23:15
Müəllif
Axar.az
Digər xəbərlər

WUF13-ün dördüncü günü: Nələr müzakirə olundu?

Bolqarıstan prezidenti Sumqayıtda

Türkiyədə Azərbaycana qarşı yeni kampaniya - Kimlər var?

Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək

Köçərlinin vəsatəti təmin edildi: Silinən görüntülər...

Bakı Şəhərsalma Mükafatı təsis edildi

Sahibə Qafarova Rusiyaya getdi

Bayramov AB rəsmisi ilə yeni ikitərəfli sazişi müzakirə etdi

Azərbaycanda cəmi 3 qadının bacardığı riskli peşə...

Bakının həbs etdiyi silah baronu “mələyə” çevrilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla