Yuxarı

Paris-2024: Kefiyyətsiz medallar dəyişdirilir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında idmançılara verilən və keyfiyyətində problem yaranmış medalların dəyişdirilməsi prosesinə qarşıdakı həftələrdə başlanacaq.

Axar.az xəbər verir ki, bu barədə Report-a Beynəlxalq Olimpiya Komitəsindən bildirilib.

Qurumdan verilən açıqlamada medalların üzərinə naxışların orjinallardakı kimi həkk olunacağı qeyd edilib:

“Paris 2024 Olimpiya Oyunlarının Təşkilat Komitəsi medalların istehsalı və keyfiyyətinə nəzarət işi ilə məşğul olan “Monnaie de Paris” ilə sıx əməkdaşlıq edir ki, medallardakı hər hansı problemləri qiymətləndirsin, zədələnmənin səbəb və şəraitini başa düşsün. Zədələnmiş medallar sistematik olaraq “Monnaie de Paris” tərəfindən dəyişdiriləcək və orijinallarla eyni şəkildə həkk olunacaq”.

BOK tərəfindən məsələ ilə bağlı Milli Olimpiya Komitələri ilə əlaqədə olduqları vurğulanıb:

“Əvəzedici medalların təmin edilməsi prosesi qarşıdakı həftələrdə Paris-2024 və “Monnaie de Paris” tərəfindən, əlaqədar idmançıların Milli Olimpiya Komitələri ilə birlikdə idarə olunan formada başlamalıdır. Paris-2024 müvafiq Milli Olimpiya Komitələri ilə əlaqədədir”.

Qeyd edək ki, Azərbaycan idmançıları Paris olimpiadasında 7 medal qazanıblar. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Alfonso Dominqeslə yanaşı, taekvondoçu Qaşım Maqomedov (58 kq) yalnız finalda uduzaraq gümüş medal əldə ediblər. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc mükafata sahib çıxıblar.

H.Heydərov və M.Maqomedovdan başqa, digər beş idmançınin medalı keyfiyyətini itirib.

Tarix
2025.01.27 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Alimin biznesmen oğlunun ölümü: intihar yox, qətl imiş?

Yunanıstandakı səfirliyimizdən qovulan birinci katib kimdir?

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Türk ölkələrinin nazirləri Ankaraya toplaşır

Çindən inqilabi sıçrayış: ABŞ trilyonlar itirdi

Azad olunmuş ərazilərdə görülən işlərin əsasını bunlar təşkil edir

Ermənistan özünü qeyri-səmimi aparırdı, İranla razılaşdıq

ABŞ ciddi təzyiq edirdi ki, Tiflis razılıq verməsin... - Əliyev

Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır!

Bu layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla