![“Bağdan”ın tomat pastaları kiflənib - Foto](https://cdn.axar.az/2025/02/12/bagdan-tomat.jpg)
“Bağdan”ın tomat pastaları kiflənib - Foto
13:47
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətinin səhhətində qəfil problem yaranıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Futbol mütəxəssisinin beynində qan laxtalanıb və təcili şəkildə xəstəxanaya çatdırılıb.
Onun reanimasiyaya yerləşdirildiyi, durumunun normal, şüurunun yerində olduğu bildirilib.
Xatırladaq ki, O.Çətin 2013/2014 mövsümündə “Xəzər Lənkəran” komandasında Mustafa Dənizlinin köməkçisi, daha sonra baş məşqçi kimi fəaliyyət göstərib.
Tarix
2025.02.12 / 10:22
|
Müəllif
Samir Soltanov
|