Yuxarı

Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqların I sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ (prioritet) tətbiq olunub.

Bu barədə Axar.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, uşağın ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşaması, uşağın bacı və ya qardaşlarından birinin həmin ümumi təhsil müəssisəsində təhsil alması və uşağın valideynlərindən birinin həmin ümumi təhsil müəssisəsində işləməsi meyyarları nəzərə alınacaq.

Qeyd edilib ki, ötən il üstünlük hüququ tətbiq edilən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edildi. Bu il isə Sumqayıt şəhəri üzrə də prioritet tətbiq edilən ümumi təhsil müəssisələrinin mikroəraziləri ictimaiyyətə elan ediləcək.

Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 3-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı ASAN Xidmət mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.

Tarix
2025.02.12 / 12:23
Müəllif
Axar.az
Digər xəbərlər

Qorbaçovun Nobel mükafatının ləğvinə çağırış edildi

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Somali ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi... - Foto

Prezidentlərin təkbətək görüşü başladı

İlham Əliyev Somali prezidentini belə qarşıladı - Foto

Həmişə xalqıma bu sözləri demişəm - Prezident

Əliyev: Qan tökülməsinin yeganə səbəbi budur!

Azərbaycan bu təşkilata niyə hələ də üzv olmayıb?

Həmin telefon danışığı barədə xəbər alanda məmnun olduq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla