Yuxarı

Axar.Az Logo carnation

Trampın bir kəlməsi kifayət etdi ki, o, istefa versin - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın bir kəlməsi kifayət etdi ki, o, istefa versin - Prezident

Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var. Səbəbi isə çox sadədir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində söyləyib.

"Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər biz bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin.

Bu, yalnız müəyyən siyasi proseslər səbəbindən baş vermədi. Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir. Ola bilsin, mən yanılıram. Lakin mən ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmürəm. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik", - Azərbaycan Prezidenti vurğulayıb.

Tarix
2025.02.12 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb

Bu, Bakının mühüm jestidir - Rubio

Qanlı 20 Yanvardan 36 il ötür

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım

Azərbaycan Pakistana başsağlığı verdi

Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto

Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü

İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü

Trampın “Yeni BMT”sinə üzvlük haqqı... - Bakı da qoşulacaq?

Nəsimi "Qurtuluş"dan getməsindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla