
Dneprə PUA hücumu: 2 ölü, 16 yaralı
02:26
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
"Əl-Nəsr"in futbolçusu Kristiano Ronaldo və Corcina Rodrigez sürəti 900 km/saata çata bilən və 9000 km-ə qədər uçuş məsafəsinə malik yeni şəxsi "Bombardir Qlobal Ekspress" təyyarəsi alıblar.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, təyyarə 17 nəfər sərnişini qəbul edə bilər. Üç istirahət, şəxsi yataq, duşlu vanna otaqları və mətbəxdən ibarətdir. İnstaqramda paylaşılan bəzi fotolarda qızıl elementli dəri oturacaqlar da görünür.
Bu, Ronaldonun ilk təyyarəsi deyil. O, əvvəllər "Qolfstrim G200"ə sahib idi. Lakin yüksək texniki xidmət xərclərinə görə onu satıb.
Cütlük artıq yeni təyyarədən səyahətlər üçün istifadə etməyə başlayıb.
Tarix
2025.04.08 / 10:19
|
Müəllif
Axar.az
|