Yuxarı

Fransaya Ollanddan daha çox kömək etmişəm - İbrahimoviç

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransaya Ollanddan daha çox kömək etmişəm - İbrahimoviç

PSJ-nin sabiq hücumçusu Zlatan İbrahimoviç bu gün jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, kapitanı olduğu İsveç millisiylə birgə Avro-2016-nın oyunları üçün Fransada olan İbra yerli jurnalistlərin müxtəlif mövzuda olan suallarına cavab verib.

- Gəlin, puldan danışaq.

- Olar. Pul çox şeyi həyata keçirməyi asanlaşdırır, amma xoşbəxtlik deyil. İnsanlar bunu başa düşməlidir.

- 2015-ci ildə sizin gəliriniz 20 milyon avro olub.

- Cəmi elə bu qədər?

- Təxminən.

- Yalnız ilin ilk hissəsində 20 milyon olub.

- Bu, çox böyük məbləğdir.

- Çox nəyə deyirsiniz? Mən bunu başa düşmürəm. Qiyməti bazar müəyyənləşdirir. Çox, ya az – bu, mənim problemim deyil. Bazar deyir ki, sənin qiymətin bu qədərdir. Əgər başqa oyunçu məndən on dəfə güclüdürsə, qazancı da onqat artıq olacaq.

- Başa düşürsünüz ki, bu qədər yüksək rəqəm iqtisadi böhran vaxtında çoxlarını şoka sala bilər?

- Siz bilirsiniz ki, mən nə qədər vergi verirəm?

- Yox. Deyin!

- Mən Fransaya sizin prezident Fransua Ollanddan çox kömək etmişəm.

- Amma 75 faizlik vergi indi gündəmdə deyil.

– Okey. Siz əminsiniz? Mən vergi verməkdə davam edirəm. Mən çox vergi verirəm.

- Bir az da Fransa haqda danışın.

- Mən gəldim və burada hamıdan güclü oldum.

- Bəs, başqa nəsə deyə bilərsiz?

- Yox. Bu qədər kifayətdir.

- Siz 2015-ci ilin martında Fransanı bərbad öldə adlandıranda əhali şoka düşmüşdü.

- Bu məsələdə söhbət futboldan gedirdi. Bunun ölkənin özü ilə əlaqəsi yox idi. Düzdür, mən bu sözləri deməklə səhv etmişdim. Amma bir daha qeyd edirəm, bunlar futbola aid idi. Dörd il yaşadığın ölkəni sevməmək mümkün deyil. Əgər burda yaşamaq xoşuma gəlməsəydi, daha erkən gedərdim.

Tarix
2016.06.08 / 00:06
Müəllif
Axar.az
Digər xəbərlər

Nəsirzadə Əliyevlə görüşdə açıq dedi: Pezeşkian göndərib!

Ərdəbil dəmir yolu Azərbaycana birləşdiriləcək - Bazvənd

57 yaşında ali məktəb bitirən Məmmədov haqda maraqlı fakt

Pakistan Azərbaycana buna görə təşəkkür etdi

Bakı nota verdi: Kreml siyasətində dəyişiklik edəcək?

Prezidentin AAYDA sədri təyin etdiyi Nəsirli kimdir?

Prezidentdən qərar: Məmmədov işdən çıxarıldı, yerinə...

"İdrak"dakı hadisə ilə bağlı Ombudsmandan açıqlama

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq...

Rusiya səfiri XİN-ə çağırıldı - Bakıdan nota

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla