Yuxarı

Nani Bakıdakı çempionatda oynamaq istəyib, ancaq...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya millisinin keçmiş futbolçusu Luiş Nani yığmasının heyətində Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında oynamaq istəyib.

Axar.az xəbər verir ki, bu barədə Azərtac-a Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib.

Onun sözlərinə, 38 yaşlı veteran yarımmüdafiəçi bununla bağlı Dünya Minifutbol Federasiyasına müraciət edib:

“Tərəflər arasında onlayn görüş keçirilib. Minifutbolda peşəkar oyunçular üçün müəyyən edilən limitə görə Naninin mundialda iştirakına icazə verilməyib. Bildirilib ki, keçmiş futbolçu qarşıdakı Avropa çempionatında yığmanın heyətində çıxış edə bilər”.

O.Hüseynov qeyd edib ki, beynəlxalq qurum dünya miqyasında minifutbolun populyarlığını artırmaq üçün Slovakiya millisinin sabiq kapitanı Marek Hamşik, hazırda “Fənərbağça”da çıxış edən Bosniya və Herseqovina yığmasının hücumçusu Edin Cekonu da bu idman növünə cəlb etmək niyyətindədir.

Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.

Tarix
2025.05.05 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

MM-in növbədənkənar sessiyasının ilk iclası başladı

Bakı Enerji Forumu başladı

OPEK+ hasilatı artırır: Bakı üçün ciddi risk yarandı

Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlandı

Azərbaycanın bu ölkədə səfirliyi açılacaq

Ceyhun Bayramov Keniyaya yola düşdü

Qərbi Azərbaycan yaradıla bilər - Krılov

Ukrayna Rusiyaya dronları hansı ölkədən keçirib? – Sensasiya

28 Mayı üç qardaşa layiq qeyd etdik - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla