
Bakıda mağazadan 20 min manat oğurlayan şəxs saxlanıldı
14:30
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Kristiano Ronaldo İspaniyanın 2-ci Liqasında klub sahibi ola bilər.
Axar.az xəbər verir ki, portuqaliyalı ulduz "Almeriya"nın səhmlərini əldə etmək arzusundadır.
Ronaldunun klubun səudiyyəli səhmdarı, "SMC Group"un rəhbəri Məhəmməd Əl-Hereyci ilə yaxşı münasibətləri var. Əl-Hereycinin 2022-ci ildə Kriştianunun "Ən-Nəsr"ə keçməsində əsas rollardan birini oynadığı bildirilir.
Qeyd edək ki, "Almeriya" Sequndada 39 turdan sonra 62 xalla 6-cı pillədə qərarlaşıb. Komandanın sona 3 tur qalmış La Liqaya yüksəlmək şansları davam edir.
Tarix
2025.05.17 / 11:09
|
Müəllif
Axar.az
|