Yuxarı

Keçmiş sevgilisinə görə iki nəfəri bıçaqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhər sakini keçmiş sevgilisinə görə iki nəfəri bıçaqlayıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti, 58 ünvanında baş verib. Şəhər sakini Elxan Heydərov (soyadı şərtidir) mübahisə zəminində tanışı Qüdrət Abdullayev və onun qardaşı oğlu İmran Abdullayevi bıçaqlayıb.

Hadisə Elxanın keçmiş sevgilisinə görə olub. Belə ki, Elxan əvvəllər münasibətdə olduğu Lalənin yaşadığı binanın qarşısından keçərkən qadının bir maşına minərək getdiyini görüb. O, həmin avtomobili Qüdrətin maşınına bənzədib və zənn edib ki, Lalə Qüdrətlə münasibətdədir. Elxan dərhal Qüdrətə zəng vuraraq harada olduğunu soruşub. Qüdrət isə bildirib ki, Kürdəmir rayonundadır. O, Qüdrətin yalan danışdığını düşünərək ona Şirvan şəhərinə qayıdanda zəng etməsini tapşırıb. Lakin Qüdrət Elxana zəng vurmayıb. Həmin gün axşam Elxan Qüdrətə zəng vuraraq yerini soruşub. Qüdrət isə Şirvan şəhəri ərazisində, qardaşı oğlu İmranın yaşadığı ünvanın yaxınlığındakı evlərdən birində işlədiyini bildirib.

Elxan dostu ilə həmin ünvana gələrkən küçədə İmranla rastlaşıb və ondan Qüdrəti soruşub. Elə bu vaxt Qüdrət qonşunun evindən çıxıb onlara tərəf gəlib. Elxan Qüdrəti kənara çəkib ona Laləni hara apardığını soruşub. Qüdrət isə məsələdən xəbərsiz olduğunu bildirib və ona "sən öl, həmin şəxs mən olmamışam" deyib. Qüdrətin yalan danışdığını düşünən Elxan onu yumruqla vurub və Qüdrət yerə yıxılıb. Bu vaxt İmranın onlara tərəf gəldiyini görən Elxan cibindəki bıçaqla hər ikisinə zərbələr endirib.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elxan saxlanılıb və barəsində cinayət işi başlanıb.

Məhkəmənin hökmü ilə Elxan Heydərov iki il dörd ay azadlıqdan məhrum edilib.

Tarix
2025.05.17 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Norveçi təbrik etdi

İrəvan və Bakı arasında sülh müqaviləsi... – Arakçı

Ədalət Partiyasının yeni sədri o seçildi

Bu, İlham Əliyevin yüksələn nüfuzunun göstəricisidir

İlham Əliyev qazaxıstanlı həmkarına zəng etdi

Yeniyetmə bu “stili” ilə “məni sevin” deyirsə… - Psixoloq

Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi

Bakıda Türkiyə rəsmiləri ilə görüşən İsrail generalı kimdir?

Ərdoğan Azərbaycanla bağlı 3 sazişi təsdiqlədi

Bu fotoya baxın: Bu qədər lider toplanıb, ona zəng edir ki…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla