Yuxarı

Klublarımız bu xəbərə sevinəcək - UEFA-dan 244 milyon...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klublarımız bu xəbərə sevinəcək - UEFA-dan 244 milyon...

UEFA 2024 - 2028-ci illərdə milli komandalara futbolçu göndərən klublara ümumilikdə 244 milyon avro paylayacaq.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin İspaniyanın Bilbao şəhərindəki iclasında qəbul olunub.

Müvafiq məbləğ Avropa Klublar Assosiasiyası (ECA) ilə qarşılıqlı razılaşma əsasında ayrılıb.

Əslində bu vəsaitin həcmi 240 milyon avro olmalı idi. Lakin əvvəlki seçmə tsiklin bölgüsündən 7 milyon avro da qalıb. Bu vəsaitin 3 milyon avrosu ECA-nın təklifi əsasında qadınlar arasında 2025-ci il Avropa çempionatında futbolçu ilə təmsil olunan klublar üçün güzəşt proqramındakı 6 milyon avroluq vəsaitə əlavə ediləcək. Nəticədə qadın futboluna ayrılan həmin məbləğ 9 milyon avroya çatdırılacaq.

Qalan 4 milyon avro isə 240 milyon avronun üzərinə gələcək.

Beləliklə, 244 milyon avroluq yekun məbləğin 104 milyon avrosu UEFA Millətlər Liqasında 2024/2025 və 2026/2027 mövsümlərindəki oyunları, eləcə də 2026 - 2028-ci illərdə keçiriləcək seçmə matçları əhatə edəcək. 140 milyon avroluq hissə isə Avro-2028-ə oyunçu göndərən klublar arasında bölüşdürüləcək.

Tarix
2025.05.22 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla