Axar.az
Yuxarı

Axar.Az Logo

Minimum əmək haqqı orta əmək haqqına çatdırılacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ildən sonra Azərbaycanda yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək.

Report xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində bildirilib.

Sənədə əsasən, 9 ildən sonra yoxsulluq probleminin həllinə iki yanaşma olacaqdır: layiqli iş yerlərinin sayının artırılması; əməkhaqqı və digər gəlirləri ilə ən zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək. Minimum əməkhaqqı məbləğində tədrici artım işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcək. Xüsusən də minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60%-nə yaxınlaşacaq. (Hazırda bu göstərici 21-22%-dir).

Bundan başqa, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 2025-ci ildən sonra iqtisadi, sosial, demoqrafik, təbiət və texnoloji sahələrdə baş verə biləcək əsas dəyişikliklərin və problemlərin nəzərə alınması planlaşdırılır.

“Adekvat ərzaq təhlükəsizliyi sisteminin formalaşdırılması üçün yeni qida zənciri texnologiyalarının tətbiqinin genişləndirilməsi (biotexnologiya və nanotexnologiyalardan istifadə səviyyəsinin artırılması, digər istehsal texnologiyalarından istifadə vasitəsilə ərzaq istehsalının artırılması, qidanın medikallaşdırılması və yeni qida növlərinin yaradılması) və yeni aqro-ərzaq zənciri strukturlarının formalaşdırılması (orqanik məhsul istehsalının genişləndirilməsi, regional, yerli və alternativ qida zəncirlərinin formalaşdırılması, qida zənciri üzrə itki və tullantıların azaldılması və yenidən emal imkanlarının genişləndirilməsi) nəzərdə tutulur. Hazırda Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində Azərbaycan qida təminatına görə 61-ci, qida məhsullarının keyfiyyətinə görə 86-cı 51 yerdədir. Daha yaxşı kənd təsərrüfatı sistemi Azərbaycanın hər iki göstərici üzrə mövqeyinin təxminən 40-cı yerə yüksəlməsinə imkan verəcək”, - Strateji Yol Xəritəsində qeyd olunub.

Bundan başqa, sənəddə deyilir ki, şəhər yerlərində uyğun mənzil təminatı seçimləri Azərbaycanın kənd yerlərində olan hazırkı işçi qüvvəsinin şəhər yerlərindəki məşğulluq imkanlarından bəhrələnməsinə şərait yaradacaq:

“Bu, nəinki yoxsulluq səviyyəsini azaltmağa kömək edər, hətta regionlar arasında gəlir bərabərsizliyinin azalmasına gətirib çıxara bilər. Mənzil təminatı artan şəhər əhalisinin tələblərini də əhatə edəcək və bu əhali qrupunun xüsusi çəkisi hazırkı təxminən 55%-dən 70-75%-ə qədər artacaq. Daha yaxşı məşğulluq imkanlarına görə şəhərlərə axın və kənd yerlərində daha yüksək gəlirli məşğulluq imkanlarının artımı nəticəsində gəlirlərdəki bərabərsizlik azalacaqdır. 2025-ci ildən sonra Bakı ilə ölkənin digər regionları arasındakı gəlir fərqi adambaşına təxminən 50%-dən 40%-ə enəcək".

Tarix
2016.12.10 / 12:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kapital Bank 2021-ci ilin ikinci rübünün nəticələrini elan etdi

Neft həftəyə bu qiymətlə başladı

Bitkoinin dəyəri 34 min dolları ötdü

Azərbaycanın kredit reytinqləri təsdiqləndi - SP

Neft həftəni bu qiymətlə yekunlaşırdı

Neft bu gün də bahalaşdı

Dolların bugünkü məzənnəsi

Neft sürətlə bahalaşır

ABB kredit faizini endirdi!

BVF rəhbəri iqtisadiyyatın bərpasından danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla