Yuxarı

Problemli kredit: dünyadakı nümunələrlə müqayisə...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Problemli kreditlərin həlli ilə bağlı dünyada bir neçə təcrübə var və biz bu təcrübələri diqqətlə öyrənmişik.

Axar.az xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı “Problemli kreditlərin həlli” mövzusunda canlı yayımda çıxışı zamanı deyib.

“Qazaxıstan resurs - neft ölkəsi olduğuna görə 2014-cü ildə orada devalvasiyalar baş vermiş və problemli kreditlər yaranmışdı. Bu zaman ölkədə kollektor haqqında qanun qəbul olundu. Kollektorlar topladığı məbləğin 50 faizini özündə saxlayır, digər 50 faizini isə banklara ötürürdü. Daha sonra Qazaxıstanda Problemli Kreditlər Fondu yarandı. Fondun səhmlərinı Mərkəzi Bank aldı və bu səhmlər dəyərsizləşdi. Bütövlükdə bu problem indiyə qədər həllini tapmayıb. Rusiyada 2016-cı ildə problemli kreditlərlə bağlı qanun layihəsi hazırlandı və 2019-cu ildə onun qəbul olunması gözlənilir. Hələ də bu məsələ Rusiyada öz əskini tapmayıb. Bu ölkədə problemli kreditlər kredit portfelinin əhəmiyyətli hissəsini təşkil edir. Gürcüstanda problemli kreditlərə dövlət dəstəyinə cəhd göstərildi, ABŞ-da isə 2018-ci ildə kredit piramidası dağılan zaman kreditlərini geri qaytarmayan insanlar evlərindən çıxarıldı. ABŞ kimi qüdrətli bir ölkə də bu problemi axıra qədər həll edə bilmədi”, - o bildirib.

V.Qasımlı qeyd edib ki, yalnız Azərbaycan Prezidenti problemli kreditlər məsələsinə nöqtə qoya bildi:

“Sadaladığmız təcrübələr fonunda Azərbaycan nümunəsinin bir neçə üstün cəhət var. Birincisi, bütün digər ölkələrdə problemli kreditlər əhalinin yalnız müəyyən bir fokus qrup üzrə - reprezentativ olmayan hissəsinə təqdim olunur. Azərbaycanda isə 10 000 dollar və 17 min manata kimi məbləğ müəyyənləşdirilməklə, əhalinin 90 faizdən çox hissəsi əhatə olunub. Bu, ciddi bir üstünlükdür. İkincisi, bəzi modellərdə özəl sektora, kollektorlara və s. fürsət tanındı. Azərbaycanda isə bu cür yanaşma olmadı. Bu, dövlətin sosial məsuliyyətindən xəbər verir. Üçüncüsü, ABŞ və digər ölkələrin təcrübəsi göstərir ki, problemli kreditlərin həllində üç tərəf - dövlət, banklar və müştərilər tanınır və yük də onların arasında bölünür. Azərbaycanda isə bütün yükü dövlət öz üzərinə götürdü. İnsanlar krediti hansı məzənnə ilə götürmüşdülərsə, həmin məzənə ilə də geri qaytarırlar, manatla artmış kütləni isə dövlət kompensasiya edir. Bu, Prezidentin apardığı siyasətin sosial mahiyyətini göstərir. Azərbaycanda sosial bazar modeli qurulur və bu modeldə dövlət siyasətinin fövqündə insan amili durur. Bu nöqteyi-nəzərdən də Azərbaycanın problemli kreditlərin həlli ilə bağlı təcrübəsi yeni bir yanaşmadır və dünyanın digər ölkələri bu modeli öyrənəcəklər”.

Tarix
2019.03.06 / 13:59
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla