Yuxarı

Anar Əsədliyə ittiham aktı elan olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Əsədliyə ittiham aktı elan olundu

Ləğv edilmiş Yüksəliş Partiyasının keçmiş sədri Anar Əsədliyə ittiham aktı elan edilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə məhkəmə istintaqı başlayıb.

Prosesdə dövlət ittihamçısı təqsirləndirilən Anar Əsədliyə 4 epizod üzrə ittiham aktı elan edib.

İttihama görə, A.Əsədli yüksək gəlir gətirmə adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlarda 255 min manat pul alıb. O, pulun müəyyən hissəsin geri qaytarıb.

İttihamda qeyd olunub ki, A.Əsədli Etibar Nəsirovdan 8 min 500, Hüseyn İlhamdan 17 min, Tamara Allahverdiyevadan isə 78 min 500 manat pul alıb. O, həmin pulların da müəyyən hissəsini geri qaytarıb.

A.Əsədli ittiham üzrə özünü təqsirli bilməyib.

Növbəti iclas dekabrın 19-na təyin edilib.

Qeyd edək ki, A.Əsədli dələduzluqda ittiham olunur. O, 2022-ci ildə həbs edilsə də, daha sonra ev dustaqlığına buraxılmışdı və barəsində olan cinayət işinə xitam verilmişdi.

Bu il Baş Prokurorluq tərəfindən onun barəsində olan cinayət işi yenilənib.

Tarix
2025.11.28 / 19:01
Müəllif
Axar.az
Digər xəbərlər

Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı

Hacıyev Brüsseldə NATO Baş Qərargahında - Foto

İlham Əliyev Szinpinə başsağlığı verdi

Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...

Prezident Coze Ramuş-Hortanı təbrik etdi

Prezident albaniyalı həmkarına məktub göndərdi

Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video

Azərbaycan Albaniyanı təbrik etdi

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla