Hacıyev Brüsseldə NATO Baş Qərargahında - Foto
16:33
| Ana səhifə Planet |
|
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Türkiyə paytaxtına işgüzar səfər edib.
Axar.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Bildirilib ki, səfər zamanı görüşlərdə Ukraynadakı hərbi münaqişənin həlli müzakirə olunub.
Nəşr Türkiyə xarici işlər naziri Hakan Fidanın Narışkinin səfəri ilə bağlı danışdığını yazıb.
“Dünən cənab Narışkin Ankarada olub və orada bizə Rusiyanın Trampın sülh planı ilə bağlı mövqeyi barədə məlumat verib. Bu mövzuda irəliləyişlər var və biz bütün bunları qiymətləndirmişik”, - nəşr Fidanın Berlində mətbuat konfransındakı çıxışından sitat gətirib.
|
Tarix
2025.11.28 / 16:13
|
Müəllif
Axar.az
|