Yuxarı

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti cari ilin 26-27 noyabr tarixlərində Türkiyə Respublikasında səfərdə olub.

Axar.az xəbər verir ki, səfərin təşkil olunmasında məqsəd Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) ilə mövcud qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması olub.

Səfər çərçivəsində AFAD-ın rəhbər şəxslərinin və mütəxəssislərinin iştirakı ilə keçirilən görüşlərdə fövqəladə hallar sahəsində milli qanunvericilik, strateji planlama, mülki müdafiə, fövqəladə halların qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində fikir mübadiləsi aparılıb, təqdimatlar edilib.

Həmçinin, Nazirliyin nümayəndə heyəti AFAD rəhbəri Əli Həmzə Pəhlivanla görüşüb. AFAD rəhbəri iki qardaş ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib, əlaqələrin daha da genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.

Səmərəli və məhsuldar keçən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.

Tarix
2025.11.28 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onları qəbul etdi - Foto

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyan Rusiya və Qərb arasında “manevr” etməyə çalışır...

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla