Yuxarı

"Referans"da pasiyentə səhvən xərçəng diaqnozu qoyuldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Referans"da pasiyentə səhvən xərçəng diaqnozu qoyuldu - Foto

Referans Klinik Laboratoriya Mərkəzinin Gənclik filialında pasiyentə səhvən xərçəng diaqnozu qoyulub.

Axar.az xəbər verir ki, bu barədə Bakues.az-a vətəndaş Nərmin Abbasova şikayət ünvanlayıb.

Onun sözlərinə görə, müayinə üçün getdiyi Referans Klinik Laboratoriya Mərkəzinin Gənclik filialında cərrah mama-ginekoloq Fəxrəndə Rəsulova ona xərçəng diaqnozu qoyub.

“Referans”da açıq bazar hökm sürür. Mən xərçəng xəstəsi olmadığım halda, mənə xərçəng diaqnozu qoyulub. Hətta analizlər üçün məndən kifayət qədər böyük məbləğdə ödəniş tələb ediblər. Mən analizlər vermədim və başqa həkimə müraciət etdim. Həmin həkim mənə dedi ki, sən xərçəng deyilsən. Mənə 83 manatlıq yüngül müalicə yazıldı. Halbuki “Referans”da məndən analizlər üçün 250 manat istəmişdilər. Həkimin qəbulu üçün isə əlavə olaraq 50 manat ödəmişdim”, – deyə şikayətçi qeyd edib.

O, “Referans”da səhv diaqnoz qoyulmasının ilk hal olmadığını bildirib. Belə ki, bir ay öncə başqa bir qadın analiz üçün gedərkən ona da xərçəng diaqnozu qoyulub və analizlər üçün ondan 1000 manat tələb olunub. Bundan başqa, 680 manatlıq resept yazılıb. Xanımın imkanı olmadığına görə müalicədən imtina edib.

N. Abbasova iddia edir ki, Mərkəzdə pasiyentlərin əksəriyyətinə ağır xəstəlik diaqnozu qoyulur və həkimə yönləndirilir. Analizlərə görə yüksək məbləğdə pul alınandan sonra çox bahalı müalicə yazılır.

İrəli sürülən ittihamla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Tarix
2025.11.28 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı

Delimitasiya ilə bağlı mühüm razılaşma...

Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab

Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam

Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı

Hacıyev Brüsseldə NATO Baş Qərargahında - Foto

İlham Əliyev Szinpinə başsağlığı verdi

Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...

Prezident Coze Ramuş-Hortanı təbrik etdi

Prezident albaniyalı həmkarına məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla