Yuxarı

“Azəri Layt” niyə “Brent”dən ucuzdur? – SOCAR

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəri Layt” niyə “Brent”dən ucuzdur? – SOCAR

Hazırda dünyada neft qiymətlərinin kəskin enməsi fonunda “Azəri Layt” markalı neft də ucuzlaşıb. Diqqət çəkən məqam isə “Azəri Layt”ın “Brent”ə nisbətən daha ucuz olmasıdır. Belə ki, “Azəri Layt” hər zaman “Brent”dən baha satılsa da, hazırda 6 dollardan daha ucuz təklif edilir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov mövcud vəziyyətin koronavirusla əlaqəli olduğunu deyib.

“Koronavirus pandemiyası səbəbindən hazırda neft bazarında bolluq yaşanır. Digər tərəfdən, neftə tələbat azalıb. “Azəri Layt” nefti “Brent” markalı neftə nəzərən hər zaman 5 dollar premyer ilə satılıb. Lakin bəzi dövrlər üçün bu belə olmaya bilər. Yəni bəzi dövrlərdə “Brent” “Azəri Layt”a nəzərən baha satıla bilir. Hazırda “Brent” markalı neftin “Azəri Layt”a nəzərən baha satılmasının əsas səbəbi koronavirus pandemiyası ilə əlaqədardır. Çünki Azərbaycanın əsas, ənənəvi satış bazarı Aralıq dənizi hövzəsində yerləşən ölkələrdir. Bu gün bu regionda həm neftin hasilatında bolluq müşahidə olunur, həm də tələbat kəskin azalıb”.

İ.Əhmədov qeyd edib ki, mövcud vəziyyət qısa müddət davam edəcək və karantin tədbirləri aradan qaldırıldıqdan sonra “Azəri Layt” markalı neft “Brent” markalı neftə nəzərən yenidən yüksəlişə keçəcək.

Qeyd edək ki, hazırda dünya birjalarında “Brent” markalı neftin bir barreli 31,48 dollar, “Azəri Layt”ın bir barreli isə 25,31 dollara təklif edilir.

Tarix
2020.04.10 / 18:15
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla