"Azərbaycanda enerji sahəsi çox sürətlə inkişaf edir.
Biz çox şadıq ki, hazırda neft hasilatı stabilləşir".
ANS-in məlumatına görə, bunu energetika naziri Natiq Əliyev
deyib. O bildirib ki, bu barədə ölkə başçısının ötən ilin
yekunlarına dair iclasında səslənib.
"Sözsüz ki, enerji sahəsində inkişaf digər sahələrdə olduğu kimi
iqtisadi sahədə də danışıb. Enerji sahəsi bu gün ölkə
iqtisadiyyatının özəyini təşkil edir. Azərbaycanın təkcə ötən il
Azərbaycandan 42 milyon ton neft hasil edilib. Bunun təqribən 34
milyon tonu "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yatağından hasil
edilib. Respublikamızda 29,6 milyard kub metr qaz hasil edilib.
Bununda əksər hissəsi "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz yatağının
payına düşür".
Nazir əlavə edib ki, imanlardan xaricə göndərilən neftin təxminən
67,9%-i Azərbaycanın payına düşüb