Yuxarı

Neft Fondu büdcəyə transferi azaldıb – Səbəb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft Fondu büdcəyə transferi azaldıb – Səbəb

Dünya Bankının və digər maliyyə institutlarının hesabatları göstərir ki, yaxın beş il və daha çox dövr üçün neft qiymətlərinin artımı elə də yüksək olmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspertin sözlərinə görə, Dünya Bankı hələ ki, pozitiv ssenaridən çıxış edir:

"Dünya Bankı cari ildə qara qızılın orta qiymətini bir barrel üçün pessimist ssenaridə 52-53 dollar, real 55 dollar, pozitiv isə 57-58 dollar proqnozlaşdırır. Dünya Bankının açıqladığı bu rəqəm neftin son 5 həftə ərzində ucuzlaşdığı şəraitdə və IV rüb üçün qiymətlərdə artımla bağlı ürəkaçan xəbərlərin olmadığı zamanda heç də pis göstərici deyil.

Neftin yalnız 2020-ci ildə 72 dollar səviyyəsinə çatacağı güman edilir".

Ekspertin sözlərinə görə, Azərbaycan bu proqnozları izləyir və buna uyğun tədbirlər alır:

"Cari ildə Neft Fondundan dövlət büdcəsinə 10 milyard 388 milyon manat vəsaitin köçürülməsi proqnozlaşdırılıb. Neft Fondunun rəsmi məlumatına görə, ilin I yarısında büdcəyə 3 milyard 561,6 milyon manat vəsait köçürülüb. (Yəni proqnoz göstəricilərinin 34,2 faizi). Bu, onu göstərir ki, hökumət Neft Fondundan xərcləmələrə ehtiyatla yanaşmağa başlayıb və dünya bazarında neftin qiymətlərinə müvafiq olaraq bu xərcləməri tənzimləyir".

Tarix
2015.08.01 / 09:36
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ceyhun Bayramov Türkiyəyə yola düşdü

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla