Yuxarı

Dövlət Vergi Xidmətindən investorlara xoş xəbər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisdə müzakirə olunur.

Dövlət Vergi Xidmətindən Axar.az-a bildirilib ki, qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və digər istiqamətləri əhatə edir.

Vergi Məcəlləsinə təklif olunmuş növbəti dəyişikliklərdən biri də geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisinin müvafiq təsdiqedici sənədlər əsasında 75 faiz azaldılmasıdır.

Dəyişiklik qəbul edildiyi təqdirdə, dağ-mədən işlərinin görülməsi məqsədilə geoloji kəşfiyyat və tədqiqat işlərinin aparılmasına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılan sahələrin tədqiqat və kəşfiyyat müddətində azaldıcı əmsallar tətbiq olunmaqla torpaq vergisinin hesablanmasının həyata keçirilməsi investorlar üçün vergi və maliyyə yükünün azalması ilə nəticələnəcək və gələcək hasilatadək xərclərin optimallaşdırılması baş verəcək. Nəzərə alınsa ki, hazırkı dövrdə hasilat sənayesi üçün əlverişli olan işğaldan azad edilmiş ərazilərə investisiyaların cəlbi nəzərdə tutulur, bu zaman sözügedən güzəştlər investorların maraqlarına xidmət edən təşviq aləti kimi çıxış edəcək.

Vergi Məcəlləsinə təklif edilən digər bir dəyişiklik hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsidir. Belə ki, neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergiödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləğinin həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla azaldılması nəzərdə tutulur.

Məlum olduğu kimi, mədənçıxarma sənayesinin iştirakçıları tərəfindən yerin təkindən çıxarılan faydalı qazıntılara görə mədən vergisinin ödənilməsi qanunvericilikdə təsbit edilib. Filiz və qeyri-filiz faydalı qazıntılar hasil edən vergiödəyiciləri real sektorun iştirakçıları olduğundan və hazırda qeyri-filiz faydalı qazıntıları tikinti sektorunda və sement istehsalı sahəsində xüsusi əhəmiyyət daşıdığından, bu sahədə fəaliyyət göstərən vergiödəyicilərinin xərclərinin vergi yolu ilə optimallaşdırılması vasitəsilə hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsi təklif olunur. Hasil edilən faydalı qazıntıların maya dəyəri çəkilən xərclər hesabına formalaşdığından, istismar olunan sahələrə görə torpaq vergilərinin hesablanması da xərc elementi hesab edilir. Eyni sahə həm istifadədə olduğu, həm də istismar edildiyi üçün mədən və torpaq vergisinə cəlb olunur.

Beləliklə, müzakirədə olan dəyişikliklərin qəbul ediləcəyi halda, bu sahədə investisiya mühitinin cəlbediciliyi artacaq. Belə ki, torpaq qatından istifadə edilərək mədən vergisi hesablandığından, istismar edilən sahələrin torpaq vergisi qədər mədən vergisi azaldılacaq ki, bu da vergiödəyicilərinin fəaliyyətini stimullaşdırmaqla yanaşı, xərc elementinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq.

Tarix
2021.11.27 / 01:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla