Yuxarı

Azərbaycan və İran nəqliyyat məsələlərini müzakirə etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və İran nəqliyyat məsələlərini müzakirə etdi

Azərbaycan və İran arasında nəqliyyat sahəsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranın Astara şəhərində səfərdə olub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İki ölkə arasında imzalanmış, Astaradakı dövlət sərhəd-keçid buraxılışı məntəqələri ərazisində Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında Anlaşma Memorandumu”na əsasən Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı maliyyə, sərhəd, gömrük, ekologiya məsələləri müzakirə edilib.

Səfər zamanı nümayəndə heyəti, həmçinin tikiləcək körpünün ərazisinə, Astara (İran) Terminallar Kompleksinə baxış keçirib, bu kompleksin yükaşırma imkanlarının artırılması ilə bağlı danışıqlar aparılıb. Danışıqlar zamanı birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə edilib.

Tarix
2021.12.08 / 12:04
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla