Yuxarı

Pulu hansı banka qoymaq təhlükəsizdir? – Rəy

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pulu hansı banka qoymaq təhlükəsizdir? – Rəy

"Hər şeyə rəğmən, bu gün ölkədə ən təhlükəsiz banklar dövlət banklarıdır. Əmanətlərinizi Beynəlxalq Bank və AzərTürkBank-a etibar edin, çünki dövlət götürdüyü əmanətlərinə görə cavabdehdir".

Axar.az xəbər verir ki, bu sözlərlə bank üzrə ekspert Əkrəm Həsənov çıxış edib. Əmanətləri hansı bankda saxlamağın daha məqsədəuyğun olmasından danışan ekspertin fikrincə, digər banklara etibar etmək təhlükəlidir:

"Bu, son aylarda mənə ən çox verilən suallardan biridir. Lakin Mərkəzi Bankdan tutmuş kommersiya banklarınadək bank sisteminin əsas problemi kadr problemidir. Bir qayda olaraq vətəndaşlar bilməlidir ki, müflis banklar əmanətlərini qaytarmaqdan yayınır. Banklar bir-bir çökdükcə yayınma halları artacaq. Vətəndaş onu da bilməlidir ki, əmanətləri kredit kimi başqalarına verilir. Həmin kreditlərin də çoxu indi problemlidir, yəni qaytarılmır. Bank krediti geri ala bilmirsə, əmanətinizi necə qaytara bilər? Hər şeyə rəğmən, ən təhlükəsiz banklar yenə də dövlət banklarıdır – Beynəlxalq Bank və AzərTürkBank. Çünki dövlət onların götürdüyü əmanətlərinə görə cavabdehdir".

Ekspertin fikrincə isə, bu gün ölkədə ən təhlükəli banklar Rusiya banklarıdır:

"VTB və Nikoyl bank əmanətləriniz üçün ən təhlükəli bankdır. Çünki Rusiyada vəziyyət daha ağırdır. Üstəlik, pul qıtlığı var. İstənilən anda pulunuz Rusiyaya gedə və qayıtmaya bilər".

Tarix
2015.08.25 / 09:09
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası...

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla