Yuxarı

Neft ölkələri yanır: 7 illik böhran qayıdır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft ölkələri yanır: 7 illik böhran qayıdır

Çin iqtisadiyyatının böyümə tempinin aşağı düşməsi investorların təcili şəkildə bu ölkənin müəssisələrinə sərmayə qoyuluşundan çəkilməsi və səhmlərinin satışı ilə bağlı mühüm bir siqnaldır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, siyasi stabilliyi təhlükədə olan Çin valyutası ABŞ dollarını heç bir zaman sıxışdıra bilməz:

"Yuanın dolları üstələyərək bir dünya valyutasına çevrilməsi ilə bağlı müzakirələr göstərdi ki, avtoritar rejim ölkəsi Çin heç bir zaman Amerikanı ötə bilməz. Prosesin sürətlənməsi Çin birjalarında bu ölkəyə məxsus səhmlərin kəskin dəyər itirməsinə səbəb olub. Dünya iqtisadiyyatında 20 faizlik böyük paya malik bir ölkənin çöküşü birbaşa dünyaya da təsir edir. Ötən ildən başlayaraq neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində 50-ə yaxın neft ölkəsi artıq tənəzzül dövrünə qədəm qoyub. Bu, özlüyündə qlobal mənada tələbat və investisiyaların həcminin kəskin azalması deməkdir".

İqtisadçı neftin qiymətinin ucuzlaşmasından müsbət mənada yararlananların da olduğunu bildirib:

"2014-cü ilin son rübündə ABŞ iqtisadiyyatında bu ucuzlaşma sayəsində 5 faiz həddində böyümə müşahidə edilib".

Ekspert bildirib ki, Çin böhranı üzündən dünya ölkələri artıq yeni bir dövrə qədəm qoyur:

"Neftin ucuzlaşması daha çox Qazaxıstan, Türkmənistan, Rusiya və İran kimi neft ölkələrinə mənfi təsir göstərib. Çin iqtisadiyyatındakı hazırkı böhranın 2008-ci ildəkindən daha dərin olacağı proqnozlaşdırılır. Artıq yeni bir dövrə qədəm qoyuruq".

Tarix
2015.08.26 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla