Yuxarı

Şok proqnoz: Neftin barreli 400 dollara çatacaq!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok proqnoz: Neftin barreli 400 dollara çatacaq!

Yaxın Şərq münaqişənin bəzi ssenariləri dünya bazarında neftin qiymətini 4 dəfə, yəni Brent markalı neftin təxminən 400 dollara yüksəlməsinə gətirib çıxara bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı ekspert Maksim Kanişev deyib.

"1973-cü ildə oxşar vəziyyətdə, İsrailin Suriya və Misirlə müharibəsi zamanı İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla, bütün neft hasil edən ərəb ölkələri İsraili dəstəkləyən ölkələrə, o cümlədən ABŞ, Böyük Britaniya və Kanadaya neft tədarükünə embarqo qoydular. Bunun nəticələri neftin qiymətinin dörd dəfə artması və böyük enerji böhranı oldu",- o bildirib.

O qeyd edir ki, nə ABŞ-ın, nə də AB-nin belə bir çatışmazlığı əvəz edəcək mənbələri var və Amerikanın strateji neft ehtiyatları minimum səviyyədədir:

"Embarqo vəziyyətində Qərb ölkələrində istehsal və nəqliyyat sadəcə olaraq dayanacaq. Bu ssenarinin nə dərəcədə real olduğunu təxmin etmək mümkün deyil, lakin gözləntilərin özü artıq neftin qiymətini yüksəldir və münaqişə nə qədər uzun sürərsə, bu təsir bir o qədər güclü olacaq".

Tarix
2023.10.16 / 08:15
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla