Yuxarı

Fitç ABB-nin proqnozunu stabildən pozitivə qaldırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fitç ABB-nin proqnozunu stabildən pozitivə qaldırdı

Fitç (Fitch) Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın reytinq proqnozunu Stabildən Pozitivə dəyişib. ABB-nin Dayanıqlılıq reytinqi və Emitentin uzunmüddətli defolt reytinqi “BB-” səviyyəsində təsdiqlənib.

Agentliyin rəyində qeyd edilir ki, ABB-nin reytinqlərinə Pozitiv proqnozun verilməsi Bankın daxili kredit gücü ilə bağlıdır. Mövcud reytinqləri ABB-nin etibarlı balans strukturunu, sağlam maliyyə göstəricilərini və yerli bazardakı güclü mövqeyini əks etdirir.

ABB Azərbaycanın ən böyük bankıdır. 2023-cü ilin birinci yarısında sektordakı aktivlərin 26%-i, ölkədəki ümumi bank kreditlərinin 20%-i ABB-yə aid olub. Balans strukturu ABB aktivlərinin üstün keyfiyyətinə və Bankın dayanıqlı gəlirliliyinə əsas yaradır, еləcə də Bank üçün güclü kapital və likvidlik buferinə çevrilir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2023.10.16 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla