Yuxarı

Nazir BEM-dən elektrik enerjisi istehsalının həcmini açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir BEM-dən elektrik enerjisi istehsalının həcmini açıqladı

2023-cü ilin yanvar-sentyabr aylarında bərpa olunan enerji mənbələrindən (BEM), o cümlədən su elektrik stansiyalarından (SES) elektrik enerjisi istehsalı 1,684 milyard kilovatt/saatı ötüb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün X hesabında yazıb.

Paylaşımda vurğulanıb ki, hesabat dövründə SES-lər tərəfindən 1,417 milyard kilovatt/saat, külək elektrik stansiyaları (KES) tərəfindən 44,6 milyon kilovatt/saat, günəş elektrik stansiyaları (GES) tərəfindən 53,2 milyon kilovatt/saat, bərk məişət tullantılarının yandırılması zavodunda isə 169,2 milyon kilovatt/saat elektrik enerjisi hasil olunub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda ümumi elektrik enerjisi istehsalında BEM sektorunun payı 7,81 faiz olub.

Bütünlükdə Azərbaycanda elektrik enerjisi istehsalı 21,538 milyard kilovatt/saat olmaqla hesabat dövründə Azərbaycandan elektrik enerjisi ixracı 1,841 milyard kilovatt/saat, idxal isə 179,6 milyon kilovatt/saat təşkil edib.

Tarix
2023.10.17 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla