Yuxarı

Quru sərhədin açılması manata təsir edəcək? - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quru sərhədin açılması manata təsir edəcək? - Ekspert

Mərkəzi Bankın həyata keçirdiyi siyasət onu deməyə əsas verir ki, yaxın zamanlarda dolların kursunda hər hansı dəyişiklik olmayacaq.

Bu sözləri Axar.az-a iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə quru sərhədlər açıldıqdan sonra Azərbaycanda dolların bahalaşacağı ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

Ekspert bildirib ki, Mərkəzi Bank manatı sabit saxlamağa çalışır:

“Mərkəzi Bank dolların kursunu sabit saxlamaq yönündəki siyasətindən imtina etməyəcəyini bəyan edib. Çünki Azərbaycanın idxalatının önəmli hissəsi dollarladır. Dolların Azərbaycan manatı qarşısında dəyər qazanması idxalı bahalaşdırar. Həm də bu, ölkədə istehsal olunan məhsulların maya dəyərinin artmasına gətirib çıxarar. Odur ki, AMB dolların kursunu sabit saxlamaqda maraqlıdır”.

O, yayılan şayiələrin heç bir iqtisadi və siyasi əsası olmadığını vurğulayıb:

“Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var ki, AMB bu siyasətini uzun müddət davam etdirə bilsin. Yəni Azərbaycanın dollar ehtiyatı problemi yoxdur. Mərkəzi Bankın valyuta rezervləri, təxminən, 10 milyard dollara yaxındır. Düzdür, onun bir hissəsi başqa valyutalardır. Amma böyük əksəriyyəti dollardır. Digər valyuta ehtiyatlarımız isə Neft Fondundadır. Neft Fondunun aktivləri bu ilin rəqəmlərinə görə, təxminən, 55 milyardı keçib. Birlikdə Azərbaycanın valyuta ehtiyatları 65 milyarda doğru gedir, pul bazası isə təxminən, 18 milyard manata yaxındır. Ona görə, dolların kursunun yüksəlməsinə nə iqdisadi, nə də siyasi əsas var”.

Tarix
2023.10.29 / 09:20
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla