Yuxarı

Bakının yalnız iki sahəyə ayırdığı vəsait...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının yalnız iki sahəyə ayırdığı vəsait...

Azərbaycan dövlət büdcəsinin gəlirlərinin, eləcə də xərclərinin optimallaşdırılması və bütövlükdə artımların iqtisadi çağırışlara uyğunlaşdırılması hər zaman prioritetdir. 2024-cü ilin dövlət büdcəsi məhz bu prioritetlər və çağırışlar kontekstində hazırlanıb.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, 2024-cü il büdcəsinin 2023-cü il büdcəsindən cəmi 200 milyon manat artıq olduğu yanlış təəssüratdır:

“2023-cü il büdcəsinin xərcləri 33,4 milyard, gəliri 30,8 milyard manat idi. 2023-cü ildə büdcəyə təkrar baxılanda gəlirlər 33,8, xərclər 36,6 milyard manata qaldırıldı. Yəni 2024-cü il proqnoz büdcəsini 2023-cü ilin proqnoz büdcəsi ilə deyil, artırılmış büdcə ilə müqayisə edirik və ona görə 200 milyon manat artım görünür.

Azərbaycan iqtisadiyyatı stabil inkişaf dövrünə qədər qoyub. Bu inkişaf da təbii ki, büdcə gəlirlərinin stabilliyi və iqtisadi potensiala uyğun olaraq gəlir və xərclərdə dəyişikliklər, o cümlədən, Neft Fondundan asıllığın mərhələli şəkildə azaldılması məqsədi daşıyır. Azərbaycanın dövlət büdcəsinin iki xərci - milli təhlükəsizliyimiz, Qarabağın bərpa xərcləri ümumi büdcə xərclərinin təxminən üçdə birini təşkil edir və Ermənistan ümumi dövlət büdcəsindən çoxdur. Unutmayın ki, Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 65%-dən çoxunu formalaşdırır”.

Bayramov vergi daxilolmalarında artımların olduğunu bildirib:

“Ümumiyyətlə, son illər büdcə gəlirlərinə diqqət yetirsək, vergi daxilolmalarının proqnozdan daha çox olduğunu görərik. Bu, son 3 ildə özünü daha çox büruzə verir. Büdcəyə vergi daxilolmalarının payının artması növbəti illər üçün də prioritetdir. Büdcədə neftin, xüsusən də Neft Fondunun payı ilə vergi daxilolmalarının nisbəti növbəti illərdə valyuta bazarında çətinlik olmasın deyə mərhələli şəkildə dəyişməlidir. Biz qeyri-neft sektorunun ümumi büdcə gəlirlərində payının artırılmasının tərəfdarıyıq. Bu tendensiya da müşahidə olunur”.

Millət vəkili gələn il milli təhlükəsizlik üçün 6.4 milyard manat ayrılacağını vurğulayıb:

“Vəsait kifayət qədər böyükdür. Bu, ondan xəbər verir ki, növbəti ildə də milli təhlükəsizliyin formalaşması və gücləndirilməsi prioritet olaraq qalacaq. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasına baxmayaraq, təəssüf ki, region kifayət qədər həssasdır və bir sıra xarici dövlətlərin heç xoş olmayan maraqları var. Bu da milli təhlükəsizliyimizin daha da gücləndirilməsini tələb edir”.

Tarix
2023.11.01 / 11:15
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla