Yuxarı

Vergilər Nazirliyi sahibkarlara qarşı reydlərə başladı – Özəl

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə gündür Vergilər Nazirliyinin əməkdaşları sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək, rəsmən işçilərə yazılan məbləğin reallığa uyğunlaşdırılmasını tələb edirlər.

elə ki, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər işçilərinə ən minimal həddə rəsmi əməkhaqqı yazırlar – 125-140 manat arası, ən yaxşı halda isə 200 manat. Məqsəd mümkün qədər vergidən yayınmaqdır.

Məlumat üçün qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, işəgötürən 22 faiz, işçi isə ümumi maaşından minimal əməkhaqqı (125 manat) çıxıldıqdan sonra yerdə qalan məbləğin 14 faizi miqdarında gəlir vergisi verməlidir. Əməkhaqqı az göstərildikdə isə işçi ümumiyyətlə gəlir vergisi vermir, işəgötürən isə cüzi miqdarda vergi ilə real gəlir vergisindən yayınır.

Üstəlik, Sosial Müdafiə Fonduna əlavə olaraq ödənilən 3 faiz də var. Ümumilikdə əsasən bütün azad sahibkarların istifadə etdiyi bu variant nəticəsində Sosial Müdafiə Fondu dövlətin dotasiyasından tam asılı vəziyyətdədir (təxminən, hər il DSMF-yə büdcədən 45 faizə qədər dotasiya verilir), Vergilər Nazirliyi isə büdcə daxilolmalarında öz önəmli mövqeyini qoruyub saxlaya bilmir və dövlət büdcəsinin kəsirləri Neft Fondunun vəsaitləri hesabına bağlanılır.

Axar.az-ın məlumatına görə, vergi siyasətini reallıqlara uyğunlaşdırmaq prinsipini əsas götürən Vergilər Nazirliyi daxili təlimatla bütün sahibkarlara ciddi xəbərdarlıq ünvanlayıb və reydlərə başlayıb. İri və orta sahibkarlardan işçilərinə verdiyi əməkhaqqının məbləğini reallığa uyğunlaşdırmaq, yəni ən azı 450 manat, xırda sahibkarlardan isə 350 manat göstərməsi tələb edilir. Bundan imtina edənlərə isə kameral vergi yoxlaması göndəriləcəyi bildirilir.

Əməkhaqqının reallığa uyğunlaşdırılması tələbinin həm də orta aylıq əmək haqqının gerçək statistikasını müəyyənləşdirmək və beləliklə də, Azərbaycanın iqtisadi göstəricilərini izləmək baxımından vacib hesab olunduğu haqqında da məlumat verilir.

Bahalaşmanın növbəti mərhələsi

Məlumata görə, vergidən yayınmaqla illərdir daha çox mənfəətlə işləməyə adət etmiş sahibkarlar çıxış yolu kimi qiymət artımına nail olmağa çalışırlar. Beləliklə, inzibati metodlardan istifadə olunmazsa, Azərbaycanda bahalaşmanın növbəti mərhələsi yaz aylarından başlaya bilər.

Tarix
2014.02.08 / 12:40
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla