Yuxarı

Ekspert: “Pensiyaçıya da kredit verilməlidir”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər vətəndaşın ödəmə qabiliyyəti varsa, yaşından, peşəsindən asılı olmayaraq, kredit almaq hüququ olmalıdır.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert Maliyyə Bazarlarına Nəzarət Palatasının təqaüdçülərə kreditlərin verilməsini qadağan etməsinə münasibət bildirib:

"Əgər vətəndaşın ödəmə qabiliyyəti varsa, yaşından, peşəsindən asılı olmayaraq kredit almaq hüququ olmalıdır. Eyni zamanda, müştərinin ödəmə qabiliyyətini bank qiymətləndirməlidir. Təqaüdçü yüksək pensiya alırsa və hətta öz həyatını sığorta etdirib, kedit üçün müraciət edirsə, bank nə üçün ona mənfi cavab verməlidir? Yaş heç zaman meyar ola bilməz, əsas kriteriya ödəmə qabiliyyəti olmalıdır. Həmçinin, beynəlxalq praktikada konkret əhali qruplarına qadağaların tətbiq edilməsi diskriminasiya kimi qiymətləndirilir. Yaş qruplarına görə kredit verilməsinə məhdudiyyətlər tətbiq etməklə problemli kredit məsələsini həll etmək mümkün deyil. Bunun üçün daha kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var".

Qeyd edək ki, aprelin 21-də Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib.

Tarix
2016.04.22 / 14:47
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ərdoğan və Şərifin Laçına gəlişi İrəvanda isterika yaratdı

Laçında İlham Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirildi

3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

“Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! - Video

Əliyev bu xahişi yerinə yetirdi - Kallas alqışladı

Kobaxidze İlham Əliyevi təbrik etdi

Laçında Üçtərəfli Zirvə Toplantısı keçiriləcək

Bu qərar şagirdlərdə psixoloji gərginlik yaradacaq - Ekspert

Onlar İlham Əliyevi təbrik etdi

Sülh üçün nadir fürsət var - Rubinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla