Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə
Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə
"Sosial biznes-inkişafa gedən yol" adlı beynəlxalq konfrans
keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə Prezidentin
iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, Təhsil naziri
Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavini İdris İsayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
Umud Mirzəyev iştirak ediblər.
UNEC-in rektoru Ədalət Muradov Nobel sülh mükafatı laureatı
Məhəmməd Yunus haqqında iştirakçılara məlumat verib.
Qeyd edib ki, Məhəmməd Yunus sosial biznes və
makrokreditləşmənin əsas yaradıcılarından hesab olunur, Banqladeşdə
yerləşən Gramen Bankı və 50-dən çox şirkətin qurucusudur:
"Onun davamlı yenilikləri və təşəbbüskarlıq fəaliyyətinə görə
"Fortune" jurnalı 2012-ci ilin mart ayında professora "Zəmanəmizə
ən böyük təşəbbüskarlarından biri" adını verib. 2006-ci ildə o və
Gramen Bankı birgə Nobel sülh mükafatına layiq görülüb. Məhəmməd
Yunus 20-dən çox universitetin 55 fəxri adına sahibdir".
Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov
vurğulayıb ki, sosial rifahın yüksəlməsi Azərbaycan
iqtisadiyyatının əsas xəttidir. Ölkədə insan potensialının inkişafı
üçün multikultiral ardıcıl tədbirlər həyata keçirilməlidir.
Təhsil naziri Mikayıl Cabbarov isə çıxışında bildirib ki,
Azərbaycanda çox qısa zamanda aşağı gəlirli iqtisadiyyatdan orta
gəlirli iqtisadiyyata keçid edilib:
"İlk planda hər zaman insan kapitalı durur. Burada təhsil
sistemi insan kapitalının formalaşdırılmasında xüsusi rolu olub.
Ölkədə ümumtəhsil müəssisələrinin 70 faizindən çoxunun əsaslı
şəkildə təmiri və ya tikintisi, eləcə də dövlət hesabına xaricdə
təhsilin genişləndirilməsi kimi tədbirlər böyük əhəmiyyət kəsb
edir. Sosial biznesin,sahibkarlığın kökündə gəlir əldə etmək
dayanmamalıdır.
Əmək bazarı üçün kadr hazırlığında ali təhsil müəssisələrinin
rolu danılmazdır. Bu gün tələbələr arasında yeni təfəkkürlü
yanaşmalarda sosial biznes baxımından inkişafın olması sevindirici
haldır. Sosial biznes fəlsəfəsinin cəlbediciliyi cəmiyyəti bütöv və
harmonik məhfum kimi görür".
Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus öz fəaliyyəti
haqqında məlumat verərək bildirib ki, əvvəl bank sahəsində
fəaliyyətə başlayanda çılğın fikirləri olduǧu üçün bəzi insanlar
ona əqli cəhətdən çatışmayan biri kimi yanaşırdılar: "Biz bank
sahəsində fəaliyyətə başlamaqla bütün ənənəvi bank prinsiplərini
kökündən dəyişdik. Sən nə qədər varlısansa, bank üçün bir o qədər
cəlbedicisən. Amma biz kasıb insanlar üçün çalışmaǧa başladıq.
Bizim müştərimiz olmaq üçün sən sadəcə heç nəyinin olmadıǧını və
kasıblığını sübut etməlisən. Ənənəvi banklar daha çox kişi
müştərilərlə işləyir. Bizdə 8,5 milyon müştərinin 97%-i qadındır.
Gramen bankının Banqladeşin 80 min kəndində filialı fəaliyyət
göstərir".
Dünyanın maliyyə sisteminin yanlış qurulduǧunu vurǧulayan
Məhəmməd Yunus deyib ki, bütün banklar qapısını qadınların, xüsusən
də kasıb qadınların üzünə baǧlayır: "Bu isə məntiqsizdir, axı sən
hardan bilirsən ki, o qadın bank borcunu ödəyə bilməyəcək. Kasıb
olmaq insanın günahı deyil. Nəyə görəsə banklar düşünür ki, kasıb
insan xəstə olur və bank borcunu ödəmədən öləcək. Ancaq bizdə
müştərilərin saǧlamlıǧı sıǧortalanır.
Biz bir bank olaraq gəlir, mənfəət güdmürük, əksinə insanların
problemlərinin həlli üçün çalışacayıq".
Tədbirdə Məhəmməd Yunus Mərkəzi ilə UNEC arasında birgə
əməkdaşlıq memorandumu imzalanıb və universitetdə Yunus Sosial
Biznes Mərkəzinin açılışı olub.