Yuxarı

Kluninin arvadı Qəzzafinin oğlunu müdafiə edəcək

Ana səhifə Kriminal
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kluninin arvadı Qəzzafinin oğlunu müdafiə edəcək

Amerikalı aktyor Corc Kluni ilə evlənərək beynəlxalq səviyyədə məşhurluq qazanan vəkil Amal Kluninin işlədiyi hüquq bürosu keçmiş Liviya lideri Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslamı edamdan xilas etməyə çalışır.

Axar.az xəbər verir ki, Deili Meil-in yaydığı məlumatda Amal Kluni ilə həmkarı Con Consun Seyf əl-İslam Qəzzafi ilə keçmiş kəşfiyyat rəhbəri Abdullah əs-Sinusini edamdan xilas etmək üçün müdafiə hazırlaşdığı bildirilir.

Kluni və həmkarı edam cəzasına məhkum edilən cinayətkarların "üsullara uyğun şəkildə mühakimə edilmədiyini və Laheydəki Beynəlxalq Məhkəmədə yenidən hakim qarşısına çıxmalı olduqlarını" söyləyir. Laheydəki məhkəmə heç bir günahkara edam cəzası vermir.

Xatırladaq ki, Seyf əl-İslam Qəzzafi və keçmiş kəşfiyyat rəhbəri Abdullah əs-Sinusi keçən həftə Tripolidəki məhkəmədə Liviya xalqına qarşı insanlıq cinayəti işlədikləri səbəbindən edam cəzasına məhkum ediliblər.

Tarix
2015.08.03 / 22:14
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Yaşar Gülər Xocavənddə...

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla