Yuxarı

Məryəm dünyanın bu məşhur şirkətində çalışacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məryəm dünyanın bu məşhur şirkətində çalışacaq

Azərbaycanlı gənc peşəkar Məryəm Novruzi 24 yaşında dünyanın ən nüfuzlu memarlıq və dizayn şirkətlərindən biri olan "Zaha Hadid Architects" şirkətində biznesin inkişafı üzrə menecer vəzifəsinə təyin olunub. O, fəaliyyətini şirkətin London ofisində davam etdirəcək.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu uğur yalnız şəxsi karyera addımı deyil, həm də beynəlxalq arenada uğur qazanmaq istəyən gənc azərbaycanlılar üçün ilhamverici nümunə hesab olunur.

Məryəm Novruzi bundan əvvəl Londonda yerləşən beynəlxalq hüquq şirkəti "Greymore" daxilində biznesin inkişafı, beynəlxalq tərəfdaşlıqlar və strateji kommunikasiya istiqamətində fəaliyyət göstərib. O, xüsusilə Azərbaycan, Türkiyə, Böyük Britaniya və Mərkəzi Asiya regionları arasında biznes əlaqələrinin qurulması, investor münasibətləri və beynəlxalq layihələrin inkişafı sahəsində çalışıb.

Peşəkar fəaliyyəti ilə yanaşı, Məryəm Novruzi illərdir sosial media və şəxsi brend sahəsində də aktivdir. O, gənclər arasında motivasiya, özünüinkişaf, sağlam həyat tərzi və beynəlxalq düşüncə tərzinin formalaşdırılması istiqamətində tanınır. Onun müxtəlif platformalarda milyonlarla baxış toplayan çıxışları və layihələri xüsusilə gənc nəsil arasında böyük maraq doğurur.

Dünyaca məşhur memar Zaha Hadid tərəfindən qurulan "Zaha Hadid Architects" şirkəti innovativ və futuristik layihələri ilə tanınır və dünyanın ən prestijli memarlıq şirkətlərindən biri hesab olunur.

Məryəm Novruzi yeni vəzifəsi ilə bağlı bildirib:

"Azərbaycanlı bir gənc kimi beynəlxalq səviyyədə bu cür şirkətdə təmsil olunmaq mənim üçün böyük qürurdur. Mən istəyirəm ki, gənclər xüsusilə başa düşsünlər ki, haradan gəldiyiniz deyil, özünüzü necə inkişaf etdirdiyiniz önəmlidir. Dünya artıq hər kəs üçün açıqdır və böyük məqsədlər qurmaqdan qorxmamaq lazımdır".

24 yaşında beynəlxalq biznes mühitində belə bir vəzifəyə təyin olunması Məryəm Novruzinin həm peşəkar inkişafının, həm də azərbaycanlı gənclərin qlobal arenada artan potensialının göstəricisi kimi qiymətləndirilir.

Tarix
2026.05.21 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil - Xaokas

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

Qazaxıstandan AZAL qəzası ilə bağlı vacib açıqlama

WUF13-ün dördüncü günü: Nələr müzakirə olundu?

Bolqarıstan prezidenti Sumqayıtda

Türkiyədə Azərbaycana qarşı yeni kampaniya - Kimlər var?

Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla