Yuxarı

AYB-dən yazıçının istefasına reaksiya

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
AYB-dən yazıçının istefasına reaksiya

"Çingiz Hüseynov AYB-nin fəaliyyətində aktiv iştirak etmir. Çox güman ki, dəvət olunsaydı da, gələ bilməyəcəkdi".

Axar.az xəbər verir ki, bunu Moskvada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynovun Azərbaycan Yazıçılar Birliyindən (AYB) istefa verməsi ilə bağlı xəbərini şərh edərkən qurumun katibi Rəşad Məcid deyib. Onun sözlərinə görə, yazıçı AYB-nin fəaliyyətində aktiv iştirak etməyib:

"Çingiz Hüseynov çox dəyərli yazıçımızdır və mən təəssüf edirəm ki, AYB-dən çıxıb. Yəqin uzaqdan dezinformasiyalar nəticəsində bu qərarı verib. O, qocadır və xaricdə yaşayır. Çingiz Hüseynov AYB-nin fəaliyyətində aktiv iştirak etmir. Çox güman ki, dəvət olunsaydı da, gələ bilməyəcəkdi, amma mənim onun dəvət olunub-olunmaması haqda dəqiq məlumatım yoxdur. Onun 85-illik yubileyi ilə bağlı Yazıçılar Birliyinin təbrik məktubu isə çox güman ki, baş qarışdığından göndərilməyib".

Xatırladaq ki, Çingiz Hüseynov "Azadlıq" radiosuna AYB-dən çıxdığını bildirən istefa ərizəsi göndərib. Ərizədə AYB-nin sonuncu, XII Qurultaya dəvət olunmaması, hər il AYB üzvlərinin latın qrafikası ilə çap olunan əsərlərinin arasında özünün "Fətəli fəthi" tarixi romanının yer almaması və 85-illiyinə təbrik teleqramının göndərilməməsini göstərib.

Çingiz Hüseynov 1929-cu ildə Bakıda doğulub. Moskva Dövlət Universitetini

bitirib. Əsərlərini Azərbaycan və rus dillərində yazır.

Tarix
2014.06.19 / 12:17
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Azərbaycan Rusiyaya nota verdi

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili

Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video

Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video

Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır

Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari...

Prezident AİB nümayəndə heyətini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla