Yuxarı

Aktyor intihara cəhd etdi: sabah aksiyadır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir Dram Teatırının bir qrup aktyoru sabah 10:30-da işdən azad edilmələrinə etiraz olaraq aksiya keçirəcəklər.

Bu haqda teatırın işdən azad edilmiş aktyoru İbrahim Salamov "Avropa.info"ya məlumat verib. Onun dediyinə görə, Mədəniyyət və Turizim nazirinin müavini Ədalət Vəliyevin tapşırığı ilə bir qrup aktyor qanunsuz olaraq işdən azad edilib. Hətta vəziyyət o həddə gəlib ki, İbrahim Salamov özünü Mingəçevir Dram Teatırının binasından yerə atmaqla intihar etmək istəyib. Lakin əraziyə gələn polislər intiharın qarşısını alıblar.

"Dram Teatırının drektoru Səxavət Məmmədov Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevin tapşırığı ilə bizi, bir qrup aktyoru heç bir əsas olmadan işdən çıxarıb. İndi də yerdə qalan və rəhbərliyin "tələblərinə" cavab verməyən aktyorları ləkələməyə çalışırlar. Biz artıq Mingəçevir İcra Hakimiyyətinin mədəniyyətə cavabdeh şəxslərinə, Mədəniyyət İşçilərinin Həmikarlar İttifaqına da müraciət etmişik. Heç kim bizim tələbimizə qulaq asmır. Biz sabahdan etibarən aksiyalara başlayacağıq. Heç kim bu qanunsuzluğu ört-basdır edə bilməz".

İbrahim Salamov aksiya keçirməkdə məqsədlərinin problemi yuxarı instansiyalara çatdırmaq olduğunu da deyib.

Tarix
2014.07.11 / 23:59
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla