Yuxarı

Qədir Rüstəmov hansı sözə görə küsmüşdü? – Axar TV

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qədir Rüstəmov heç kəsə bənzəməyən bəşəri bir səsə malikdir. Onun yanğısı hamını alışdırıb yandırır”.

Bu sözlərin müəllifi dünya şöhrətli Maestro Niyazidir. Dövrünün görkəmli sənətkarları tərəfindən daim yüksək qiymət alan Qədir Rüstəmovun fövqəladə səsi hələ də milyonları ovsunlayır.

Xalq artisti Qədir Rüstəmov 1935-ci ildə Ağdamda anadan olub. O, əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Sənətkarın ifasında “Rast”, “Çahargah” muğamları, “Sona bülbüllər”, “Laçın”, “Sarı gəlin” xalq mahnıları Azərbaycan musiqisinin inciləri sırasındadır.

Bunlardan xüsusən “Sona bülbüllər” mahnısı görkəmli xanəndənin ən çox sevilən ifasıdır.

Qədir müəllim bir dəfə özü haqqında danışanda bunları demişdi: “Lovğalıq olmasın, deyəsən, mən də özümdən sonra bir iz qoyub gedəcəm”.

Dediyi kimi də oldu. Qədir Rüstəmov elə bir iz qoydu ki, nəinki gənc nəsil, hətta həmyaşıdları da o yolun bənzərsizliyindən xüsusi hörmət və ehtiramla danışırlar.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

Tarix
2018.01.27 / 09:15
Müəllif
Ülkər, Ömər
Digər xəbərlər

Bu tay, o tay, bir-birimizlə qohumuq... - Pezeşkian

Pezeşkian AzTV-yə müsahibə verdi - Video

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

XİN bu ölkəni təbrik etdi

Prezidentə bəhs edilən azərbaycanlı gənc... - Video

İlham Əliyev bu ölkə prezidentlərini təbrik etdi

XİN İrana başsağlığı verdi

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində - Foto

İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama

Müqavilə mayın 9-da imzalanacaq? – Nikoldan reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla