Yuxarı

Ən çox qazanan məşhurlar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən çox qazanan məşhurlar

"Forbes" jurnalının apardığı araşdırmaya görə, 2013-cü ildə dünyanın ən çox qazanan məşhurları sırasında birinci pillədə 125 milyon dollarlıq gəlirlə məşhur popçu Madonna dayanır. Sıradakı ilk 14 məşhurun ümumi qazancı 1 milyard dolları keçir.

Madonna bu gəlirin böyük hissəsini son dünya turundan əldə edib. Amerika Universitetinin İş və Əyləncə dünyası bölümündən Con Simsona görə, konsert biletinin qiymətləri bu qazancın əldə olunmasına əsas səbəbdir: "Dünya turuna çıxmaq müğənnilərə çox pul qazandırır, çünki biletlər çox baha qiymətə satılır. Fanatları dünya ulduzunun konsertinə getmək üçün 200 dollar ödəməyə hazırdır. Halbuki 20 il öncə bir biletin qiyməti 20 dollar idi".

"Forbes" jurnalının siyahısında ikinci sırada rejissor Stiven Spilberq yer alıb. Spilberq 100 milyon dollarlıq gəlirini "E.T" və "Jurassik park" kimi filmlərindən əldə edib.

Simsona görə, ən çox qazanan məşhurların amerikalı olması, ya da Amerikada yaşaması heç də təəccübləndirici deyil: "Amerika, dünyanın başqa ölkələrinin istehlak etdiyi inanılmaz məhsullar yaradır. Dünyanın harasına gedirsiniz-gedin, dinlədiyiniz musiqinin 50 faizi Amerika mənşəlidir. Qeyd edək ki, eyni vəziyyət kinolarına da aiddir.

Siyahının üçüncü sırasını 95 milyon dollarlıq gəlirlə üç məşhur paylaşır. Bunlar media nəhəngləri Simon Kouell və Hovard Stern ilə "Qrinin Elli Tonu" filmiylə tanınan ingilis yazıçısı E.L.Ceymsdir.

Keçən ilin birinci televiziya aparıcısı olan Oprah Vinfri, bu il 88 milyon dollardan 77 milyona düşərək doqquzuncu sırada yer alıb.

Pop ulduz Ledi Qaqa isə "Qəraib dənizinin piratları" filminin prodüsseri Cerri Brukheymerlə yeddinci sıranı paylaşır. Ledi Qaqa və Brukheymerin gəliri 80 milyon dollar təşkil edir.

Con Simsona görə, istehlakçılar, məşhurlara pul axıtmağa davam edəcək: "Cəmiyyət olaraq hər hansı əhvalat dinləməyi və ya danışmağı çox sevirik. İstər mahnı sözü yazan olsun, istər roman, ya da film prodüsseri, bu insanların anlatdığı hekayələrdən çox təsirlənirik".

Vurğulayaq ki, müğənnilər, ya da kino ulduzları qədər idmançılar da cəmiyyətə təsir göstərir. Ən çox qazanan məşhurlar siyahısındakı tək idmançı olan qolf çempionu Tiger Vuds, film prodüsseri Tiler Perri ilə 8-ci sıranı bölüşür.

Tarix
2013.10.14 / 14:12
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

Türkiyə F-16-ları Azərbaycana göndərir

Paşinyandan Azərbaycan açıqlaması: Bu, tarixi hadisədir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla