Yuxarı

Tələbəsi Orxan Fikrətoğlunu videoya çəkdi... - Maraqlı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycandakı məktəblərin, uşaq bağçalarının, ali və texniki peşə məktəblərinin 150 mindən çox müəllimi Beynəlxalq Müəllimlər Gününü qeyd edir.

Kult.az tanınmış jurnalistlər arasında sorğu keçirərək, müəllimlik fəaliyyətlərində qarşılaşdıqları maraqlı və gülməli hadisələr öyrənib.

Tanınmış teleaparıcı, ssenarist Orxan Fikrətoğlu da müəllimləri təbrik edərək, tələbələrinə öyrətdiyi dərsin onun üzərində sınanıldığını bildirib:

“Jurnalistikadan fərqli olaraq, müəllimlik nəzəri sənətdir. Müəllimlər öz biliklərini tələbələri ilə paylaşırlar. Müəllimlik şərəfli peşədir. Mənim anam da, həyat yoldaşım da, bacım da müəllimədir. Mən özüm müəllim olduğum zaman daha çox öyrənirdim, nəinki öyrətmək. Gənc nəslin düşüncəsi, enerjisi, təfəkkürü fərqlidir. Mənə maraqlı gələn isə onların praktikada bilmədikləri bir məsələyə münasibət bildirməyi idi. Maraqlı cavablar ortaya çıxırdı.

Tələbələrlə bağlı çox maraqlı hadisə olub. Bir dəfə paparazzilərdən dərs keçirdim. Qəfil gördüm ki, uşaqlardan biri məni çəkir. Mən də telefonu alıb baxdım ki, məni müxtəlif vəziyyətlərdə çəkib. Ondan şəklimi çəkməyinin səbəbini soruşdum. Mənə dedi ki, “Orxan müəllim, özünüz öyrədibsiniz məni”. Bütün müəllimlərə tövsiyə edirəm ki, paparazzi dərsini keçəndə ehtiyatlı olsunlar. Tələbələrə nəyi öyrədirsənsə, birinci onu sənə tətbiq edirlər (gülür)”.

Uzun müddətdir Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin müəllimi kimi çalışan “İki Sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə müəllimləri təbrik edib:

“Müəllimlik çox şərəfli peşədir. Ümummilli lider Heydər Əliyev ən böyük qiyməti müəllimlərə verib və müəllimlikdən yüksək peşə olmadığını bildirib. Müəllim cəmiyyətin divarıdır. Bu gün mən həm də müəllim kimi fəaliyyət göstərirəm. Kifayət qədər tələbəmiz var ki, onlar öz peşələrini dərindən öyrənməyə çalışırlar. Biz həmin tələbələrə dərsdə qarşılıqlı fikir mübadiləsi aparan zaman zövq alırıq. Tələbələrimizin gələcəkdə peşəkar jurnalist olacağına inanıram”.

ATV kanalının xəbər aparıcısı Pərvin Əsgərli də jurnalist kimi fəaliyyəti ilə yanaşı, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi kimi çalışır:

“Bu şərəfli və müqəddəs peşədə çalışan bütün müəllimləri təbrik edirəm. Bu peşə həm məsuliyyətlidir, həm də çiyinlərində ağır yük daşıyır. Bu gün mənim jurnalist kimi qazandığım uğurlarda da müəllimlərimin böyük əməyi var. Onlara təşəkkür edirəm.

Müəllim kimi mənim maraqlı anlarım çox olub. Amma həmkarlardan fərqli olaraq, mən duyğusal anımı danışmaq istəyərəm. Ötən il ADU-da işləyirdim. Noyabrın 23-də televiziyadakı işimdən çıxıb, universitetə gedəndə auditoriyaya daxil oldum və tələbələrim məni təəccübləndirdi. Ad günümü tələbələrimlə auditoriyada birlikdə keçirdiyim üçün həm çox sevindim, həm də duyğulandım. Onların ad günümdən xəbərdar olmaqlarından məlumatım yox idim. Bu, mənim üçün ən unudulmaz ad günü idi. Tələbələrimi çox sevirəm və onlara çox dəyər verirəm. Mənim özəl günümdə onlarla vaxt keçirmək çox xoş olmuşdu”.

Tarix
2018.10.05 / 21:27
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla